MOBİL FİLMƏ TƏLƏBLƏR

  • Təqdim olunan film yalnız mobil telefona çəkilməlidir;
  • Çəkiliş üçün işıq, ronin, mikrofon, tripod və s. əlavə avadanlıqlardan (professional və ya evdə hazırlanmış) istifadə edilə bilər;
  • Video və audionun montajı, rənglənməsi və xüsusi effektlər üçün istənilən kompüter proqramından və ya mobil tətbiqdən istifadə edilə bilər;
  • İngilis dilindən başqa dildə təqdim olunan filmin ingiliscə subtitrləri olmalıdır.

MÜNSİFLƏR HEYƏTİ

  • Kinorejisor — VGİK-də kinorejissorluq ixtisası üzrə təhsil alıb. Müxtəlif televiziya kanallarında rejissor kimi çalışıb, “AZANFİLM” studiyasında, Bakı Beynəlxalq Turizm Filmləri Festivalında və “Azərbaycanfilm” kinostudiyasında rəhbər vəzifələrdə fəaliyyət göstərib. 50-dən çox beynəlxalq kinofestivalda mükafatlandırılmış 100-ə yaxın bədii, animasiya və sənədli filmin prodüseridir.

    Fariz Əhmədov (Azərbaycan)

  • Elmlər doktoru — İzmir Katip Çələbi Universitetində fotoqrafiya, media və kommunikasiya üzrə müəllimdir. Beynəlxalq film festivallarında münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib, fotoqrafiya işləri müxtəlif sərgilərdə nümayiş olunub. Kino, identiklik və təmsilçilik üzrə araşdırmalar aparır, film afişaları və region kinosu üzrə də fəaliyyət göstərib.

    Tamer Ataç (Türkiyə)

  • Quruluşçu operator (DOP) — 2013-cü ildən operator kimi fəaliyyət göstərir. Bir çox məşhur bədii və sənədli filmlərin, eləcə də serialların quruluşçu operatorudur.

    Rəşad Qarayev (Azərbaycan)

  • Festival filmlərini qiymətləndirən və yeni istedadların kəşfinə töhfə verən Münsif Heyətinin bir hissəsi olun. Münsiflər Heyətinə üzvlüyə namizədliyinizi üçün aşağıdakı məlumatları bizə göndərin: CV; qısa bioqrafiya; peşəkar nailiyyətlər; portfolio; əvvəlki münsiflik, müsabiqə və ya festival təcrübəsi (əgər varsa). NAMİZƏDLİYİNİZİ GÖNDƏRİN və Münsiflər Heyətimizin bir hissəsi olun.

    Münsif olmaq istəyirsiniz?

SPONSORLAR

Təşkilatçı:

Dəstəkçilər:

Proqram dəstəyi:


İnformasiya dəstəyi:

MOBİLOQRAFİYA KURSLARI

CINEMO peşəkar rejissorluq proqramı əsasında mobiloqrafiya kursları keçirir.

Kursun müddəti: 1 ay (həftədə 2 dəfə olmaqla 1,5-2 saat dərs).

Format: nəzəri və təcrübi biliklər; çəkiliş avadanlıqları ilə əyani tanışlıq, onlardan istifadə.

Kursun proqramı:

  • Modul #1: Giriş. Çəkiliş mərhələləri;
  • Modul #2. Mobil çəkilişə hazırlıq;
  • Modul #3. Mobil çəkiliş;
  • Modul #4. Səs;
  • Modul #5. İşıq;
  • Modul #6. Mobil telefona çəkiliş texnikaları;
  • Modul #7. Mobil telefonda montaj;
  • Modul #8. Yekun. Sertifikatların təqdim edilməsi.

Kursda kimlər iştirak edə bilər: Yeni başlayanlar; Mobiloqraflar; Videoqraf, operator, rejissor olmaq istəyənlər; Bloqqerler, bloqqer olmaq istəyənlər; İnstaqram səhifəsi işlədənlər; Arzusu olan hər kəs!

Əlavə üstünlüklər: Sertifikasiya Proqramını keçən məzunlara Sertifikat verilir; Telegram qrupuna daxil edilir.

SERTİFİKASİYA PROQRAMI

Mobiloqrafiya kursunu bitirdikdən sonra Sertifikasiya Proqramını keçən məzunların müvafiq məlumatları Mobiloqrafların Vahid Məlumat Reyestrinə (www.mobiloqraf.az) daxil edilir. Gələcəkdə hansısa müəssisəyə işə düzəlmək və ya xidməti müqavilə üçün müraciət etdikdə qarşı tərəf bu sayt üzərindən Sertifikatın doğruluğunu yoxlaya biləcək.